Bifokal, yoxsa proqressiv şüşə

Qırx yaşdan sonra çoxları kitabı uzaqda tutmağa başlayır. Bir eynək uzaq, biri yaxın üçün olsa, gün boyu dəyişmək lazım gəlir. Hekayəmizdə yazdığımız kimi, yaxın və uzağı görmə ikisi bir eynəkdə də ola bilər.
Bifokal şüşə
Şüşədə iki ayrı zona var. Üstü uzaq, aşağıdakı kiçik pəncərə yaxın üçündür. Sərhəd xətti görünür. Öyrəşmək tez olur, amma orta məsafə, məsələn kompüter ekranı, hər iki zonada bir az bulanıq qala bilər.
Proqressiv şüşə
Uzaqdan yaxına keçid xətsizdir, arada orta məsafə zonası da var. Kənardan adi şüşə kimi görünür. Öyrəşmək üçün bir neçə gün lazım ola bilər, başı bir az çevirib baxmağı öyrənirsiniz.
Hansını seçmək
Gün boyu ekran, sürücülük və oxu arasında keçirsinizsə, proqressiv daha rahat ola bilər. Əsasən oxu və uzağa baxırsınızsa, bifokal kifayət edə bilər. Seçimi reseptə, çərçivənin hündürlüyünə və işinizə görə birlikdə edirik.
Örtüklər
Hər iki şüşəyə antiblik və ya ZEISS DuraVision kimi örtük əlavə etmək olar. Bu, ekran və gecə işıqlarının əksini azaldır və şüşəni təmiz saxlamağı asanlaşdırır.
Bu yazı ümumi məlumatdır, həkim məsləhətini əvəz etmir. Görmədə dəyişiklik, ağrı və ya qızartı olarsa, göz həkiminə müraciət edin.
